Oktyabrın 5-də, saat 18:00-da, Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

Futbolinfo.az xəbər verir ki, iclasın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:  

1. “Region Liqası”nın Əsasnaməsinin layihəsinin müzakirəsi
2. 2017-18-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflər
3. Digər məsələlər

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp