“Son iki oyun yeni bir başlanğıc ola bilər. Bu seçmə mərhələnin bizim üçün uğursuz nəticələndiyini demək olar”.

Futbolinfo.az xəbər verir ki, bunu Çexiya yığmasının yarımmüdafiəçisi Antonin Barak deyib. Çexlər DÇ-2018-in seçmə mərhələsinin son iki matçında Azərbaycan və San Marino ilə üz-üzə gələcəklər. Rəqibin heç bir iddiası qalmasa da, bu yay “Udineze”yə keçən 23 yaşlı futbolçu qarşıdakı matçlara ciddi yanaşdıqlarını söyləyib. Barak millidə möhkəmlənmək baxımından bu oyunların önəmli olduğunu vurğulayıb: 

“Azərbaycan və San Marino ilə görüş heyətin komplektləşməsi və növbəti turnirə daha yaxşı hazırlıq baxımından çox önəmlidi. Çünki indidən AÇ-2020 barədə düşünməyə başlamışıq. Bu dəfə uğurlu çıxış edib Avropa çempionatına yollanmaq niyyətindəyik. Qarşıdakı oyunları səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, baş məşqçi mənə şans verər və özümü göstərmək imkanım yaranar. Çünki hər görüş millidəki gələcəyim üçün olduqca əhəmiyyətlidi”.
 
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda Azərbaycan yığması ilə üz-üzə gələcək Çexiya oktyabrın 8-də San Marinonu qəbul edəcək. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp