Bu gün keçiriləcək DÇ-2018-in Çexiya ilə seçmə oyunu Azərbaycan millisinin bu rəqiblə 3-cü dueli olacaq. 

Futbolinfo.az xəbər verir ki, indiyədək bu iki yığma arasında 2 duel baş tutub. Komandamız bu oyunlarda Çexiyaya nəinki uduzub, heç qol da buraxmayıb. Rəqiblərin ilk dueli 2009-cu ildə keçirilib. Noyabrın 18-də BƏƏ-də təşkil olunan turnir çərçivəsində baş tutan görüşdə millimiz Çexiyaya 2:0 hesabı ilə qalib gəlib.

İkinci duel isə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilib. Ötən il oktyabrın 11-də Çexiyada oynanılan qarşılaşmada qapılara qol vurulmayıb.

Neytral meydanda və səfərdə uduzmadığımız rəqib ilk dəfə Bakıda qonağımız olacaq. 3-cü duelə üstün durumda çıxacaq yığmamız uğurlu seriyanı davam etdirməyə çalışacaq. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp