Bu gün "Neftçi”nin veteran futbolçusu Vəli Qasımovun doğum günüdü. 

Futbolinfo.az xəbər verir ki, 1968-ci ildə dünyaya gəlmiş sabiq hücumçu 1987-1991-cı illər ərzində "Neftçi”nin heyətində 165 oyun keçirib, 61 qol vurub. 

1990-cı ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilən Vəli Qasımovu “Neftçi”nin rəsmi saytı da doğum günü münasibətilə təbrik edib, ona can sağlığı, uzun ömür arzulayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp