Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2017/18 mövsümünün  ilk turuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub. Maraqlıdı ki, ilk oyun günündəki matçlarda olduğu kimi, bu qarşılaşmaların da hər birinin taleyini bir qol həll edib.

“Sabah” “Binə”yə, “Turan Tovuz” “Şüvəlan”a minimal hesabla qalib gəlib. “Qaradağ Lökbatan” isə səfərdə MOİK-dən üstün olub.

Birinci Divizion
1-ci tur

4 oktyabr

“Sabah” – “Binə” 1:0
Qol: Məhəmməd Alıyev, 30.

MOİK – “Qaradağ Lökbatan” 0:1
Qol: Coşqun Süleymanov, 55.

“Turan Tovuz” – “Şüvəlan” 1:0
Qol: Qaraxan Əliyev, 89-öz qapısına.

Xatırladaq ki, ilk oyun günündə “Ağsu” “Zaqatala”ya evdə, “Mil-Muğan” isə səfərdə “Xəzər”ə 1:0 hesabıyla qalib gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp