DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizin qonağı olacaq Çexiya yığmasının müdafiəçisi Marek Suxi oyunöncəsi mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, “Bazel”in müdafiəçisi birbaşa sualları cavablandırıb:

– Sabah millimizin kapitanı Rəşad Sadıqovun vida matçıdı. Oyunçularımız görüşə əlavə motivasiya ilə çıxacaq. Bu, sizi narahat etmir? 
– Bu, bizim üçün əlavə stimuldu. Rəşadı təbrik edirik. Ona çox hörmət edirik ki, bu səviyyəyə çatıb. Amma bizim də əsas məqsədimiz qalib gəlməkdi. 

– Azərbaycan millisi haqda nə bilirsiniz? 
– Komandanız haqda yaxşı məlumatımız var. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Rəqibə hörmət edirik. Sabahkı matçda xallarmızın sayını artırmağa çalışacağıq. 

– Ölkə mətbuatına açıqlamalarınızda tez-tez qeyd edilir ki, Çexiyada Azərbaycanı uda bilməməyiniz sizi DÇ-dən kənarda qoydu. Bakıya qisas hissi ilə gəlmisiniz? 
– Düzdü, biz həmin oyunda xal itirdik və mundialdan kənar qaldıq. Amma bizim üçün Çexiya forması geyinmək fəxrdi. Qisas hissi ilə gəlməmişik. Əsas odu ki, xallarımızın sayını artıraq. 

– Artıq hər iki komandanın şansı yoxdu. Siz bu matça necə hazırlaşmısız? 
– Məqsədimizə çata bilməsək də, hər oyuna maksimum hazırlaşırıq. İnsan gərək aldığı zərbədən ayağa qalxa bilsin. 

– Azərbaycanla matçdan çəkinmirsiz? 
– Hər oyuna təmiz, aydın başla yanaşırıq. Heç nədən qorxmuruq və belə də matça hazırlaşmışıq. 

– Müdafiə xətti haqda nə deyə bilərsiniz? 
– Məşq üçün vaxtımız az olub. Buna baxmayaraq, maksimum bütün diqqətimizi müdafiəyə və oyunun təşkilinə yönəldəcəyik. (komanda.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp