Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, yığmamız ilk sınağında qrup matçlarına ev sahibliyi edən İrlandiya millisi ilə qarşılaşıb. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda hesab açılmayıb. Baxmayaraq ki, rəqib matçın sonlarını azlıqda keçirib. Lakin təəssüf ki, Təbriz Həsənovun yetirmələri bu şansdan yararlana bilməyiblər və ilk turda 1 xalla kifayətləniblər.

7-ci qrupun digər oyununda Serbiya Kiprlə qarşılaşacaq.

AÇ-nin seçmə mərhələsi
7-ci qrup

4 oktyabr

Azərbaycan – İrlandiya 0:0
Sarı vərəqə: İ.Əliyev, 49. Y.Nəbiyev, 55. Kenis Kerroll, 74; 84.
Qırmızı vərəqə: Kenis Kerroll, 84.
Baş hakim: Alain Durieux.
Baş hakimin köməkçiləri: Klod Roys (hər ikisi Lüksemburq), Teodoros Georgiou (Yunanıstan)
Dördüncü hakim: Ferenc Karako (hər ikisi Macarıstan)
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya)
Hakim-inspektor: Vadims Direktorenko (Latviya)
Uoterford. Regional İdman Mərkəzi.

Azərbaycan: 1. Murad Popov, 3. Ricət Qarayev, 4. Yusif Həsənov (6. Pilağa Mehdiyev, 46), 5. Elçin Əsədov, 7. Süleyman Əhmədov (16. Murad Mahmudov, 88), 8. Bahadur Həziyev, 9. İbrahim Əliyev, 10. Fərid Nəbiyev (k), 11. Barış Ekincier (21. Doğukan Öksüz, 81), 14. Hüseyin Seyliqli, 17. Murad Qayalı.
Ehtiyat oyunçular: 12. Məmməd Hüseynov, 22. Şahin Zəkiyev, 2. Metin Güler, 15. Ceyhun Muxtarlı, 18. Rafael Məhərrəmli, 20. Əsgər Hüseynov.
Baş məşqçi: Təbriz Həsənov.
İrlandiya: 1. Mark Travers, 2. Kenis Kerroll, 3. Tayrik Uilson, 4. Dara O'Şi, 7. Li O'Konnor, 8. Ceyson Molambi (k), 9. Tomas Bern (19. Conatan Afolabi,), 11. Anthoni Scalli (15. Maykl Obafemi, 71), 12. Daniel Makkenna, 14. Rin O'Sallivan (10. Kian Flenaqan, 42), 17. Cordan Doherti.
Ehtiyat oyunçular: 16. Brayan Maher, 5. Varren O'Hora, 6. Tomas O'Konnor, 18. Con Martin, 20. Nil Farruqa.
Baş məşqçi: Tom Mohan.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp