DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiyanı qəbul edəcək Azərbaycan millisinin yarımüdafiəçisi Rahid Əmirquliyev oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, Əmirquliyev onları çətin oyun gözlədiyini deyib:

“Rəqib çox güclüdü. Baxmayaraq ki, bizdən aşağı pilədədi, onları zəif saymaq olmaz. Yaxşı hazırlaşmışıq və rəqibi analiz etmişik. Son matçda hamını yaxşı oyun və nəticə ilə sevindirmək istəyirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp