Azərbaycanda futbol üzrə yeni kubokun təsis edilməsi planlaşdırılır.

Futbolinfo.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Federasiya rəsmisi bildirib ki, yarışda Premyer Liqa və I divizion klubları iştirak edə biləcəklər.

Hazırda Peşəkar Futbol Liqasının bayrağı altında 4 turnir keçirilir. Bunlar Premyer Liqa, Azərbaycan Kuboku, əvəzedicilərin çempionatı və Birinci Diviziondur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp