19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 7-ci qrupun daha bir oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi ilə eyni qrupda yer alan Serbiya və Kipr yığmalarının duelində cəmi 1 qol qeydə alınıb. Serblər minimal hesabla üstün olublar.

Xatırladaq ki, Azərbaycan yığması ilk turda qrup oyunlarına ev sahibliyi edən İrlandiya ilə üz-üzə gəlib və qolsuz heç-heçəyə razılaşıb.

Millimiz növbəti matçını oktyabrın 7-də Serbiyaya qarşı keçirəcək. Həmin gün Kipr də İrlandiya ilə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp