“Qalatasaray”ın mərakeşli futbolçusu Yunes Belhanda komanda yoldaşı Bafetimbi Qomisin sabiq klubunun – Marsel “Olimpik”inin onu buraxmaqla böyük səhvə yol verdiyini bəyan edib.

Futbolinfo.az xəbər verir ki, Türkiyə Super Liqasının geridə qalan 7 turunda “sarı-qırmızılar” ən yaxın izləyicisi ilə 5 xallıq fərqlə liderdir, Qomis isə vurduğu 7 qolla Burak Yılmaz və Vaqner Lavla birgə çempionatın bombardiridi. Onun bu cür uğurlu çıxışı ölkəsi Fransada da gündəmdədi. Mərakeşli yarımmüdafiəçi Belhanda da “RMC Sport”a açıqlamasında Qomisin “Qalatasaray”a transferi barədə danışıb. O, Marsel təmsilçisinin bu oyunçunu buraxmasını böyük səhv adlandırıb:

“20 qol vuran bir forvard üçün bu performansı yetərli hesab etmirsinizsə, bu, narahatlıq doğuracaq bir durumdu. Ancaq Qomis “Qalatasaray”a gəldiyi üçün peşman deyil. O, Türkiyədə çox xoşbəxtdi. Marsel klubunun rəhbərliyi onu buraxmaqla səhvə yol verdi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp