"Kəpəz" heyətinə yeni oyunçu cəlb edib. "Sarı-göylər" millimizin sabiq hücumçusu Maqomed Kurbanovla anlaşıb.
 
25 yaşlı dağıstanlı "Sumqayıt" və "Neftçi"də də çıxış edib. Son mövsümü "Sumqayıt"da keçirən forvard ötən mövsüm 22 oyuna cəmi 2 qol vurmuşdu.
 
Millinin heyətində də 3 oyun keçirən oyunçunu baş məşqçi Şahin Diniyevin nəyə görə seçdiyi maraqlıdı. Yəqin ki, komandanın heyət yetərsizliyindən əziyyət çəkən çalışdırıcı futbolçunun AFFA-dakı havadarlarının da sözündən çıxa bilməyib. O, azad agent olduğundan keçidində problem yaranmayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp