Azərbaycan Kubokunun 2017/18 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 18 komandanın (Topaz Premyer Liqası 8, Azərbaycan Birinci Divizionu 10 komanda ilə təmsil olunur) iştirak edəcəyi Azərbaycan Kubokunun püşkatması 6 oktyabr saat 13:00-da AFFA-nın inzibati binasında reallaşacaq.

Püşkatma mərasiminə KİV nümayəndələri də dəvətlidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp