Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: 

Topaz Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Kəpəz” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Birinci Divizionun 1-ci turunun “Xəzər” – “Mil-Muğan” matçının 60-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Viqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Xəzər”in futbolçusu Anar Babayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Birinci Divizionun 1-ci turunun “Turan Tovuz” – “Şüvəlan” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp