Feysbuk İngiltərə Premyer Liqasının teleyayım hüququnu almaq niyyətindədi. Bunu sosial şəbəkənin idman şöbəsinin müdiri Den Rid deyib.
 
O bildirib ki, gələn il keçiriləcək tenderdə iştirak etmək fikrindədilər. 2015-ci ildəki tenderdə “Sky” və “BT Sport” qalib gəlmiş, rekord məbləğdə – 7,8 milyard dollar gəlir əldə edilmişdi. Feysbuk növbəti tenderdə rəqiblərini üstələyərsə, 2019-cu ildən etibarən növbəti Premyer Liqa matçlarının internet vasitəsilə yayım hüququna malik olacaq.
 
Qeyd edək ki, feysbuk bu ilin yanvarından bəri 3500-dən çox idman hadisələrini yayımlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp