Bu gün "Neftçi”nin keçmiş futbolçusu və baş məşqçisi Əhməd Ələsgərovun doğum günüdür. 

Futbolinfo.az xəbər verir ki, 1935-ci ildə Bakıda dünyaya gələn əfsanə 1956-1965-ci illər ərzində "Neftçi”nin heyətində 210 oyun keçirib, 17 qol vurub.

Əhməd Ələsgərov zədə səbəbindən futbolçu karyerasını erkən başa vurduqdan sonra özünü məşqçilik sahəsində sınayıb. 1966-2006-cı illər ərzində baş məşqçi kimi fasilələrlə "Neftçi” (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir” (Düşənbə, 1972), Ukraynanın "Çernomorets” (Odessa, 1973-1977), Naxçıvanın "Araz” (1979), Moldovanın "Nistru” (Kişinyov, 1988-1989), "Şerif” (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb. Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisidir. O 1966-cı ildə "Neftçi” və 1974-cü ildə Ukraynanın "Çernomorets” klublarına SSRİ çempionatının bürünc medallarını qazandırıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. 1999-cu ildə "Neftçi” onun rəhbərliyi ilə Azərbaycan kubokuna sahib olub. Milli komandamızın ilk baş məşqçisi, debüt ilindəcə "Neftçi”yə SSRİ çempionatlarında yeganə medalı qazandıran mütəxəssis, 4 ölkənin əməkdar məşqçisi adına layiq görülən unikal şəxsiyyət kimi tarixə düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp