Gündəlikdə daha bir məsələ danışılmış oyunlarla bağlı olmalıydı. Ölkə futbolunda vəziyyət elədi ki, UEFA-dan gələcək daha bir siqnal klublarımızın avrokubokda bir yeri itirməsi ilə nəticələnəcək. Ona görə də bu məsələylə bağlı daha ciddi tədbirlər görülməlidi. Diviziona şübhəli klublar buraxılmadı, amma yeni mövsümün ilk turunun bütün oyunları 1:0 hesabıyla qurtardı. Anlayanlar üçün bu, ciddi faktdı. Deməli, qumar yenə var, sadəcə, indi bu bazara nəzarət edənlər dəyişib, monopoliya başqalarının əlinə keçib.
 
İK-nın iclasının gündəliyinə cəmi 2 məsələ salınsa da, ölkə futbolunda daha ciddi problemlər var. Uşaq futbolundakı durum ciddi müzakirə olunmalıdı. Milli komandaların nəticələri daha da zəifləyir, heyətlər başdan-ayağa əcnəbilərlə doldurulub, uşaq liqalarında isə heç kim yetişmir. “Neftçi”, “Qarabağ” və “Qəbələ” akademiyalarının AFFA-ya hem bir dəxli yoxdu. Bu klubları nəzərə almasaq, heç kim milliyə oyunçu vermir. O zaman gənc və yeniyetmə futboluyla bağlı məsələlərə diqqət yetirilməsinin zamanı deyilmi?
 
Əslində, bu məsələni İK üzvü Rauf Əliyev qaldırmalıdı. Uşaq Futbol Federasiyasının rəhbəi olan bu şəxs nəyə görə AFFAn-nı keçirdiyi uşaq liqalarının onun federasiyasına tabe olmamasının səbəbini soruşmalıdı. AFFA-nın vitse-prezidenti kimi onsuz da səlahiyyət sahibi olmasına baxmayaraq, bu federasiyanı da əldnə buraxmayan, vəzifələrinin sayını artıran Əliyev Berlində məktəb açıb uğursuz layihə ilə yüzminlərlə dolları havaya sovurmaqdnsa, Yusif Vəliyevin rəhbəri olduğu departamentə nəzarət etməli, gələcək nəslin yetişməsinə cavabdehlik daşımalıdı. Hətta İK-nın iclasına gəlməyə ərinən, AFFA-da ümumiyyətlə, görünməyən Rauf bəyin nəzərinə çatdıraq ki, milli komandalarımızda layiqli əvəzedicilər yoxdu və ehtiyat qüvvə məhz onun cavabdeh olduğu sahədə yetişməlidi.
 
Ümumiyyətlə, AFFA-da yerində olmayan çox şey var. Məsələn, İK üzvü Zaur Axundov “İnter”in Müşahidə Şurasının sədridi. Başı böyük futbola qarışıb, paralel olaraq prezidenti olduğu Futzal Federasiyasından xəbəri yoxdu. Xəbəri olsaydı, Elxan Məmmədovdan Mini Futbol Liqasını niyə rəhbərlik etdiyi federasiyanın yox, baş katibin qohumlarının yığışdığı başqa bir dəstənin təşkil etdiyinin səbəbini soruşardı.
 
Göründüyü kimi, “digər məsələlər” maddəsi üçün də müzakirəlik çox məsələ var. 7 aydı toplaşmayan İK üzvləri həqiqətən iş görmək istəsələr, hətta Çexiyayla oyundan sonra da toplaşıb saatlarla müzakirələr aparmaq olar.
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp