Gələn il Rusiyada baş tutacaq futbol üzrə növbəti dünya çempionatına biletlərin satışa çıxarıldığını xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, geridə qalan üç həftə ərzində DÇ-2018-in biletlərinə 1,5 milyondan çox tələb olub. Mundialın final matçı 132 min nəfərlik tələblə ilk sırada qərarlaşıb. Tələblərin 70 faizi DÇ-yə ev sahibliyi edəcək Rusiyadandı. Rusiyadan başqa, Braziliya, Meksika, Argentina, ABŞ, Almaniya, Kolumbiya, Çin, İsrail və İngiltərə vətəndaşları da mundialda iştirak etməyə ciddi maraq göstərirlər.

Xatırladaq ki, FİFA növbəti mundialın biletlərini ötən ayın 14-dən onlayn qaydada satışa çıxarıb. İlk mərhələ oktyabrın 12-də başa çatacaq. Bu dönəmdə ən böyük marağın açılış və qapanış matçlarına olduğu üzə çıxıb. Final oyununu izləmək istəyənlərin sayı 132 min, açılış matçında olmaq istəyənlərin sayı isə 90 minə çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp