UEFA Kubokunun əsas mərhələsinə hazırlaşan “Araz” yoxlama oyunu keçirib. 

Futbolinfo.az xəbər verir ki, ölkə çempionu Yüksək Liqanın iddialı komandalarından hesab edilən “Neftçi” İK ilə qarşılaşıb. Oyun “Araz”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vilela (3:15) və Rizvan Fərzəliyev (12:34) vurub.

Qeyd edək ki, “Araz” UEFA kubokunun əsas mərhələsi çərçivəsində oyunlarını oktyabrın 11-də, 12-də və 14-də keçirəcək. İlk oyunda “Mostar”la (Bosniya və Herseqovina) üz-üzə gələcək təmsilçimiz növbəti matçını “Luxol ST Andreus” (Malta) klubuna qarşı keçirəcək. Son oyun günündə isə “Araz” “Deva” (Rumıniya) ilə qarşılaşacaq. Oyunlar Rumıniyanın Deva şəhərində keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp