Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

U-16 Liqasında “Sumqayıt” – “Kəpəz” matçının 67-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Pərvin Zeynalov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 81-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cavidan Abbaszadə aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-15 Liqasında “İnter” – İOEUGİM matçının 62-ci dəqiqəsində “İnter”in futbolçusu Rəşad Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-15 Liqasında “Sumqayıt” – “Qarabağ” matçının 39-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Elmir Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında TİM UĞUR (Gəncə) – “Gənclərbirliyi” (Gəncə) matçının 40-cı dəqiqəsində “Gənclərbirliyi”nin futbolçusu Danışyar Xosrov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında UGİM (Biləsuvar) – “Muğan” (Salyan) matçının 38-ci dəqiqəsində UGİM-in futbolçusu Murad Zəkiyev təhqiredici ifadələr işlətdiyinə görə, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasında “Arzu” UGİM-1 (Gəncə) – “Azəri” TİM (Gəncə) matçında “Arzu” UGİM-1 komandasanın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında “Kürdəmir Çöhranlı” – “Şirvan” matçında “Kürdəmir Çöhranlı” komandasanın heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında “Gənclik FT Gimnaziya” – UGİM “Gənclərbirliyi” matçında “Gənclik FT Gimnaziya” komandasa iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp