UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la bir qrupda mübarizə aparan İtaliyanın “Roma” klubu daha bir itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Lorenso Pelleqrini sıradan çıxıb. O, A Seriyasının son turunda “Milan”la səfər oyununda sıradan çıxıb. Milan səfərindən qayıdandan sonra tibbi müayinədən keçirilən futbolçunun sağ baldır əzələsində zədə aşkarlanıb. 

Artıq reabilitasiya prosesinə start verilən yarımmüdafiəçinin 7-10 gün sonra məşqlərə başlaya biləcəyi bildirilir.

Qeyd edək ki, “Roma”da Emerson, Abdullahi Nura, Rik Karsdor, Dieqo Perotti, Qrequar Defrel, Kevin Strotman və Daniele De Rossi də zədə səbəbindən komandadan ayrı düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp