Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, UEFA bu ada 8 iddiaçını müəyyənləşdirib. Bunlar Harlem Qohere (“Styaua”), Emiliano Riqoni (“Zenit”), Yannis Onestis (AEK), Vilyam Xose (“Real Sosyedad”), Lukas Okampos (“Marsel”), Petr Çex (“Arsenal”), Andreas Ulmer (“Zalsburq”) və Sergey Milinkoviç-Saviçdi (“Latsio”). Adların çəkilənlərin hər biri turun futbolçusu seçilməyə namizəddi.

Qeyd edək ki, 3-cü turun ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp