Milli komandamızın baş məşqçisi Robert Prosineçki Bakıya məlum səfərini təxirə salıb. Bu barədə qol.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
 
Federasiya rəsmisi xorvatiyalı mütəxəssisin şənbə günü paytaxtımızda olacağını bildirib: “Prosineçki hələ Bakıya gəlməyib. Sabah gəlməlidir. Əslində, bileti oktyabrın 18-nə almışdı. Sadəcə, AFFA rəhbərliyi ilə görüşü gələn həftə olacaq. Görünür, buna görə səfər vaxtını dəyişib. Dünən mən özüm A millinin departamenti ilə danışdım. Dedilər ki, Prosineçki biletin vaxtını şənbə gününə dəyişib”.
 
Xatırladaq ki, 2 gün öncə AFFA-dan verilən məlumatda Prosineçkinin oktyabrın 18-də Bakıya gələcəyi və rəhbərliyə hesabat verəcəyi bildirilmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp