Uzun müddətdi maaş ala bilməyən “İnter”lilərin həsrətinə son qoyulacaq. Futbolçulara həftəsonuna kimi məvaciblərinin ödəniləcəyi deyilib (futbol11).
 
Bu gün Topaz Premyer Liqasının 9-cu turunda “Səbail”lə qarşılaşacaq komandanın üzvləri avqust və sentyabrın pullarını almasa da, onlara həftənin sonuna kimi pullarına qovuşacaqları bildirilib. Amma futbolçulara  1, yoxsa 2 ayın məvaciblərinin ödəniləcəyi hələ ki, deyilməyib.
 
Qeyd edək ki, “İnter” futbolçuarı sonuncu dəfə sentyabrın sonlarında iyul ayının maaşını alıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp