UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan İtaliyanın “Roma” klubunu cəza gözləyir.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun azarkeşləri ÇL-in qrup mərhələsinin 3-cü turu çərçivəsində İngiltərə çempionu “Çelsi” ilə səfər oyununda (3:3) rasist şüarlar səsləndiriblər. Bu üzdən də UEFA Romanın eyniadlı klubuna qarşı inzibati iş açıb.

Araşdırmaların nəticəsi yaxın günlərdə açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp