UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusunun adı açıqlanıb. 

Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun yekununda İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Məhəmməd Salah turun ən yaxşı oyunçusu seçilib. O, səslərin 51 faizini toplayıb. 

Qeyd edək ki, misirli futbolçu “Maribor”la səfər oyununda (7:0) iki qol vurub və bir məhsuldar ötürmə edib.

Türkiyənin “Beşiktaş” klubunun hücumçusu Cenk Tosun 2-ci, Rusiya “Spartak”ının futbolçusu Kuinsi Promes 3-cü olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp