"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko" ilə Bakı Olimpiya Stadionunda keçirilən matçın son dəqiqələrində zədə alan millimizin müdafiəçisi bu gün tibbi müayinədən keçib.
 
Həkimlərin rəyinə görə, Bədavi ən azı 3 həftə oynaya bilməyəcək. Bununla da Hüseynov Topaz Premyer Liqasının bir neçə oyununu və oktyabrın 31-də "Atletiko" ilə səfər matçını buraxmalı olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp