Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusunun adı açıqlanıb. 

Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun yekununda Rumıniyanın “Styaua” klubunun futbolçusu Arlem Nyoere turun ən yaxşı oyunçusu seçilib. O, səslərin 64 faizini toplayıb. 

Qeyd edək ki, fransalı hücumçu İsrailin “Hapoel” (Beer Şeva) komandası ilə qarşılaşmada iki qol vurmaqla komandasının 2:1 hesablı qələbəsində əsas pay sahibi olub.

Rusiyanın “Zenit” klubunun futbolçusu Emiliano Riqoni 2-ci (17 faiz), Yunanıstanın AEK klubunun qapıçısı Yannis Anestis isə üçüncü 3-cü olub (12 faiz).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp