Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutub.
“Şüvəlan” – “Sabah” matçında qapılara qol vurulmayıb. Əvvəlki turlarda məğlubiyyətlə üzləşən “Zaqatala” bu dəfə də uduzub. Əyalət təmsilçisi doğma meyanda “Binə”yə 3 cavabsız qolla məğlub olub.
Ötən mövsüm Birinci Divizionun qalibi olmuş “Turan Tovuz” bu tur “Ağsu” ilə qarşılaşıb. Gərgin keçən və 5 qolun qeydə alındığı matçda qələbəni tovuzlular bayram ediblər.
Günün ən bol qollu görüşü isə İmişlidə baş tutub. Burada “Mil-Muğan”ın qonağı olan lider “Qaradağ Lökbatan” 4:2 hesablı qələbəyə sevinib.
Birinci Divizion
4-cü tur
20 oktyabr (cümə)
“Mil-Muğan” – “Qaradağ Lökbatan” 2:4
Qol: Elxan Məmmədov, 44; 77-pen. – Sabir Allahquliyev, 16. Məhəmməd Xəlilov, 32; 69. Natiq Kərimi, 49.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Qənbərov, Emin Nağıbəyov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
“Zaqatala” – “Binə” 0:3
Qol: Kənan Məmmədov, 40-öz qapısına. Məhəmməd Bədəlbəyli, 45+2. Məhərrəm Hüseynov, 59.
Hakimlər: Ziya Nəsirov, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Zaqatala şəhər stadionu.
“Şüvəlan” – “Sabah” 0:0
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Cəmil Quliyev, Bəxtiyar Gözəlov.
Bakı. “AZAL Arena”.
“Turan Tovuz” – “Ağsu” 3:2
Qol: Tuqay Alhüseynli, 31. Elnur Səmədov, 63; 68 – Eltay Tağıyev, 35-öz qapısına. Ayxan Əsədov, 56-öz qapısına.
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Sərxan İsmayılov.
Tovuz şəhər stadionu.
Tura sabah keçiriləcək “Xəzər” – MOİK oyunu ilə yekun vurulacaq.