“Səbail”in futbolçusu Amit Quluzadənin başı partlayıb. 

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunda xəsarət alıb.

Epizodların birində rəqibin ayağı Amitin başına dəyib və futbolçu başından yaralanıb. Başına sarğı qoyulduqdan sonra oyunu davam etdirən Quluzadə 54-cü dəqiqədə Aqşin Muxtaroğlu tərəfindən əvəzlənib.

Qeyd edək ki, "Səbail" "İnter"i 1:0 hesabı ilə məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp