Topaz Premyer Liqasının 9-cu turunun "Səbail" – "İnter" matçında meydan sahiblərinin futbolçuları mübahisə edib. 

Futbolinfo.az xəbər verir ki, "Səbail"in iki üzvü – kapitan Elton Yaqublu və Qvineya-Bisaudan olan Mauda Jarjue insident yaşayıb. 

Oyunun sonlarında iki futbolçu arasında sərt mübahisə yaranıb, hətta, bir-birilərini itələyiblər. Ətrafdakıların müdaxiləsindən sonra aranı sakitləşdirmək və davanın böyüməsinin qarşısını almaq mümkün olub. Baş hakim Ramil Diniyev bu hərəkətlərinə görə hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, Eltun Yaqublu bundan əvvəl digər komanda yoldaşı Nurlan Novruzovla mübahisə edib.

1508517822 untitled 2 - Futbolinfo.az

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp