"Səbail" – "İnter" matçında meydan sahiblərinini futbolçuları mübahisə edib. Kapitan Elton Yaqublu və Qvineya-Bisaudan olan Mauda Jarjue arasında yaşanan incident hakimin onları sarı vərəqə ilə cəzalandırması ilə nəticələnib.
 
Oyundan sonra hər iki futbolçu hadisənin necə baş verməsindən bəhs edib.
 
Eltun Yaqublu: "Neftçi" ilə matçlarda bütün epizodlarda rahat məğlub olurduq, baş məşqçimizin tapşırdığı – aqressivlik yox idi.  Bu oyunda da məğlub ola bilməzdik. Ümumilikdə, komandada Vüqarla birlikdə aqressivliyi qorumağa çalışırıq. Demək istəyirəm ki, bütün komandalar "Səbail"i məğlub etməməlidirlər. Mən bunu dərk edirəm və komanda yoldaşlarıma diqqətli olmağı tapşırıram. Baş məqşimiz necə aqressivdisə, istəyirik ki, oynadığımız futbol da elə olsun. Samir müəllim mənə komandaya nəzarət etməyi tapşırıb və bu göstərişləri meydanda yalnız mən verə bilərəm. Bu, qışqırmaq, dava etmək deyil. Sadəcə, qalib gəlmək üçün belə edirik. Komanda ilə münasibətim yaxşıdı, xüsusən əcnəbilərlə. Mən özüm onlarla görüşürəm, çalışıram ki, komandada ab-havanı saxlayım.  Bu gün Nurlan Novruzovun üstünə qışqırdım və daha yaxşı oynamasını tələb etdim. Ola bilər ki, səhv məndədi. Komandamızın baş məşqçisi cəıza verəcəksə, bunu normal qarşılayacam.  Ötən həftə məşqə gecikdiyim üçün Samir müəllim məni cəzalandırmışdı, "Neftçi"uə qarşı ona görə oynamadım. Maudoya bir-iki söz dedim, o da səhv başa düşdü. Paltardəyişmə otağında baş məşqçimiz bizimlə danışdı, sakit olmağımızı tapşırdı və Maudo ilə əl sıxışdıq. Cəza nə olsa, qəbul edəcəyik”.
 
Maudo Jarjue: "Əslində aramızda elə də böyük bir şey baş vermədi. Matçın sonları idi, qələbə qazanmaq istəyirdik. Hamı gərgin idi. Bu səbəbdən aramızda kiçik problem oldu. Artıq hər şey qaydasındadır. Biz öz aramızda problemi həll etdik".
 
Olaya komandanın baş məşqçisi Samir Əliyev də biganə qalmayıb. O, oyusonrası mətbuat konfransında futbolçuların cəzalanacağını bildirib: "Neftçi” ilə oyundan sonra komandanı toparlamaq çətin oldu. "Neftçi” bizə əsl şok yaşatdı. Bir neçə yeni futbolçuya şans vermişdim. Əsas məqsədimiz o idi ki, qol buraxmayaq. Sevindirici haldı ki, əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə qol buraxmadıq. Qarşıda bizi "Qəbələ” və "Qarabağ”la çətin matçlar gözləyir. Elton komandanın kapitanıdı. Bu məsələylə bağlı futbolçularla danışacağıq. Hər iki oyunçunu cəza gözləyir. Bizim əsas məqsədimiz intizam yaratmaqdı. Statistikaya nəzər salsaq, görərik ki, çempionatda ən az sarı vərəqə alan komandalardanıq. Bu gün də heç nədən iki sarı vərəqə aldıq. Komandada heç kim başqasından artıq deyil. Futbolçularımızın da hamısı təxminən eyni səviyyədədi. Elton keçən oyunda ehtiyatda qalmışdı. Bunun da bəzi səbəbləri var idi. Bu cür hallara yol verə bilmərik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp