Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Azərbaycan çempionu “Qarabağ” bu nüfuzlu turnirdə ilk xalını İspaniyanın “Atletiko” klubu ilə ev oyununda qazandı.

Futbolinfo.az xəbər verir ki, bu oyundan sonra az qala bütün dünya mətbuatı Ağdam klubundan, Azərbaycan futbolundan maraqlı xəbərlər yaymaqdadı. Elə qonşu Türkiyə mətbuatında da Ağdam təmsilçisindən az bəhs olunmadı. Lakin bu gün sözügedən ölkədə aparıcı nəşrlərdən olan “Sabah”da aşağılayıcı xarakterli bir xəbər azərbaycanlı futbolsevərlərdə böyük narazılığa səbəb olub.

Belə ki, 0:0 hesabıyla bitən “Qarabağ” – “Atletiko” matçını Bakı Olimpiya Stadionundan izləyən “Qarabağ” fanatlarından bir qrupu A4 kağızlarına “Qarabağ” yazaraq onları şəffaf paketə salıb nümayiş etdiriblər. Bu məqamı işıqlandıran “Sabah”ın türkiyəli yazarı Mevlut Tezelin məsələyə yanaşması isə belə olub:

“Futbol tarixinin ən kasıb, ən əzik, ən komik “koreografisi” bu olsa gərək. Olsun, yavaş yavaş onlar da öyrənəcək futbol mədəniyyətini”.

img 0510265949be7cf6189c04af345666fc15085240657 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp