Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində Gəncə şəhər stadionunda "Neftçi"ni qəbul edəcək "Kəpəz" bu gün Nizami yurduna gəlib. 

Futbolinfo.az xəbər verir ki, sözügedən kollektiv oyun öncəsi son məşqini matçın reallaşacağı arenada keçirib. Bu, "sarı-göylər"in yenilənmiş meydançada ilk məşqi olub. 

Təxminən 50 dəqiqə davam edən hazırlıq prosesi yüngül xarakter daşıyıb. Məşqçilər korpusu futbolçuları çox da yormayaraq son tapşırıqlarını verib. 

Xatırladaq ki, tarixi derbidə Şəhriyar Əliyev cəzalı, Samba Diallo və İlkin Sadıqov isə zədəli olduğu üçün iştirak edə bilməyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp