Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 10-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Oss” komandasıyla qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Əzizov bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

"Den Boş" hazırda 15 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp