Topaz Premyer Liqasının növbəti turunda qarşılaçacaq "Kəpəz"lə "Neftçi" hazırda Gəncə stadionundadı. Komandalar az sonra qazonu təmirdən yeni çıxan arenada ilk matça çıxacaqlar.
 
Futbolinfo.az xəbər verir ki, oyuna maraq böyükdü. Artıq indidən azarkeşlər şəərin müxtəlif nöqtələrində toplaşaraq stadiona getməyə hazırlaşır.
 
"Kəpəz" meydan sahibi olsa da, bunu onlar üçün böyük üstünlük saymaq olmaz. Çünki gəncəlilər də şəraitsizlik üzündən Bakıda hazırlaşır və oyundan oyuna doğma şəhərə gəlirlər. Onlar da "Neftçi" kimi, matçdan bir gün öncə Gəncəyə gəlib.
 
Maraqlıdı ki, hər iki komanda daha yaxçı şəraitli yer olmadığından oyunöncəsi eyni oteldə – "Ramada Plaza"da məskunlaşıb. Onlar stadiona da demək olar, eyni saatda, fərqli avtobuslarla gəlib.
 
İlk dövrədə əksər oyunlarını ("Zirə"ni Yevlaxda qəbul etmişdilər – müəl.) səfərdə keçirən "Kəpəz" indi ardıcıl ev matçlarına çıxmalıdı Dünən oyunöncəsi son məşqdə futbolçuların xoşuna gələn yeni qazonda ilk qalibsə, az sonra başlayacaq oyundan sonra bilinəcək.
 
FƏRİD/Gəncə
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp