"Kəpəz" "Neftçi"ylə oyunöncəsi yeni təyinatı reallaşdırıb. Komandanın icraçı direktoru Cabir İbrahimov vəzifəsindən azad edilib.
 
Futbolinfo.az xəbər verir ki, o, bu gün də işinin başında olacaq, amma tezliklə birdəfəlik yola salınacaq. Klubda bu posta başqası təyin olunub. Əvvəllər komandanın meneceri kimi çalışan Samir Quliyev indi əsas söz sahibi olacaq.
 
Samir bəy struktur dəyişikliyi nəticəsində əsas sima olmaqla yanaşı, vəzifəcə də daha önəmli biri olacaq. Belə ki, o, icraçı direktor yox, baş direktor təyin olunub.
 
Bu dəyişikliklərin səbəbi İbrahimovun müavininin bir işçini döyməsidi. Xatırlayırsızsa, Cəfər Hacıyev həmin şəxs stadionda təmir işləri ilə məşğul olan bir işçiyə fiziki təzyiq etmişdi. Bütün bunlar isə klub rəhbərliyinin xoşuna gəlməyib və belə qərar veriblər. İbrahimovla yanaşı, həmin müavini də başqası ilə əvəzlənib – Samir bəyin müavini Ruslan Nağıyev olacaq.
cabiribrahimov - Futbolinfo.az
C.İbrahimov
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp