Xəbər verdiyimiz kimi, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mevlut Tezel “Qarabağ” – “Atletiko” oyununa həsr etdiyi “Ezik kareoqrafi” adlı köşəsində  azarkeşlərin hazırladığı plakatı təhqir edib.

Futbolinfo.az xəbər verir ki, o, tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən kasıb, ən gülməli görüntü adlandırıb. Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib. 

Qalmaqallı yazının müəllifi M.Tezel sosial şəbəkədə Azərbaycan xalqından üzr istəyib:

“Diqqətli oxusanız, yazımın bu xoreoqrafiya haqqında əyləncəli bir şərh olduğunun şahidi olarsınız. Azərbaycan və Qarabağ xalqını incitdimsə, üzr istəyirəm”.

22729128 1971558576192963 7980838998827234371 n - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp