IX turda “Kəpəz”in qonağı olan “Neftçi” uğursuzluq sindromuna son qoymağa çalışacaq. Bakılılar artıq 4 oyundu rəqibinə qalib gələ bilmir.
 
Sonuncu dəfə ötən il oktyabrın 1-də “Kəpəz” üzərində 2:0 hesablı qələbəyə sevinən “ağ-qaralar” həmin vaxtdan bəri rəqibinə qarşı keçirdiyi 4 görüşün 2-də eyni hesabla məğlub olub, digər 2-də isə qolsuz bərabərliklə kifayətlənib. Digər diqqətçəkən məqam isə bu 4 matçda “Neftçi”nin qol vura bilməməsidi.
 
Tərəflər arasındakı 49-cu dueldə “Neftçi”nin həm də səfər uğursuzluğuna son qoymaq imkanı var. Son iki Gəncə səfərindən başıaşağı dönən paytaxt təmsilçisi axırıncı 4 qarşılaşmanın isə hamısında qapısında qol görüb. “Neftçi” bu gün “Kəpəz” önündəki quru seriyaya son qoysa, rəqibi 70-ci dəfə mərkəzə dəvət etmiş olacaq. Bakılıların indiyə qədər vurduqları 69 topa gəncəlilər 45 qolla qarşılıq verə biliblər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp