"Neftçi" rəhbərliyi yenə VİP-lojada əyləşmədi. "Kəpəz"lə oyun üçün Gəncəyə gələn qonaqlar azarkeşlərinin yer aldığı tribunaya yaxın yerdə qərar tutdu.
 
Xatırlayırsızsa, ötən mövsüm 2 klubun rəhbərliyi arasında münaqişə yaranmış, Gəncə icra başçısı Elmar Vəliyev onları rəsmilərin əyləşdiyi tribunadan qovmuşdu. Ovaxtdan Bakı klubu rəhbərliyi azarkeşlərlə yanaşı əyləşir.
 
Xatırladaq ki, Vəliyev VİP-lojada öz işçiləri ilə birgə yerini alıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp