Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 13-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Avstriyanın ən köklü klublarından biri olan üçqat ölkə çempionu “Viner Sportklub”la qarşılaşıb. Futbolçularımızın komandası 5 qolluq bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Bu möhtəşəm qələbə sözügedən liqada ilk mövsümünü keçirən “Qarabağ”ı zirvəyə daşıyıb. Belə ki, hazırda bu gənc klub 26 xalla 17 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Futbolçularımıza gəlincə, Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dmitri isə bu dəfə ehtiyatda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp