Futbol üzrə Kipr çempionatında 8-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Etnikos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.

Geridə qalan turlarda 18 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp