Dünən baş tutan "Kəpəz" – "Neftçi" matçında yerli azarkeşlər anamlı pankart açmışdı. Fanatlar hazırda ciddi xəstəlikdən müalicə olunan "Xəmsə" fan-klubunun rəhbəri Adil Məmmədova dəstəyini nümayiş etdirirdi.
 
Həmişə tribunada gördüyümüz, indi isə səhhəti üzündən oyunlara gələ bilməyən Məmmədov "Adil dayı, tez sağal" pankartı ilə yad edilirdi. Ümid edirik, üzbəüz tribunada əyləşən "Kəpəz" klubunun rəhbərliyi də bu pankartı gördü və sadiq fanata bignə qalmayacaqlar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp