Rusiya 1-ci divizionunda 19-cu turun oyunları keçirilib. 

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” də növbəti matçına çıxıb. Voronej təmsilçisi doğma meydanda “Ximki” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Samir də bu görüşün iştirakçısı olub. O, matçın 70-ci dəqiqəsində meydana buraxılıb.

"Fakel" geridə qalan turlarda topladığı 16 xalla 20 klub arasında sonuncu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp