Əla fotodu. Ruslan Abışovun "Kəpəz"ə vurduğu qola it də sevinir.
22528519 1061103380694149 5144850982268380242 n - Futbolinfo.az
 
Müdafiəçi ad günü olan tərcüməçi Vüqarla sevincini paylaşarkən bir it qəfil peyda olur. Sanki yeni qazonun durumunu yoxlamaq üçün ən uyğun məqam kimi bu anı seçib.
 
Ehtiyat oyunçular skamyasında əyləşən Pavel Dreksa, Mateo Mujek və Daniel Seqoviya gözlərini "Gəncə sürprizi"nə dikib, Ruslanı təbrik etmək, qola sevinmək yadlarından çıxıb. Bəlkə də "Qəbələ"nin legioneri Deyv Bultuis kimi nəvaxtsa verəcəkləri müsahibə üçün detal tapıblar. Holland stadionda otlayan inəklərdən danışmışdı, onlar da futbol meydançasında tazı yarışından bəhs edərlər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp