Dünən "Kəpəz" – "Neftçi" oyunundan sonra bakılı klub rəsmiləri xeyli əsəbi idi. Halbuki qələbə onların əhvalını yüksəltməliydi. Hər necə olsa, gəldikləri gündən bəri ilk dəfə komanda bu qədər inamlı oynayır və artıq 5-ci pillədədilər.
 
Futbolinfo.az xəbər ver ki, prezident Orxan Hüseynzadə və vitse-prezident Elnur Eyvazov onlara yaxınlaşan jurnalistlərlə kəlmə kəsmədi. Hərəkətlərindən, çöhrələrindən narazı olduqları oxunurdu. Əcəba, niyə?
 
Ehtimal var ki, bir səbəb VİP-lojaya buraxılmamaları və Gəncədə qonaqpərvərlik görməmələridi. Şəhərin icra başçısı bir dəfə onları fəxri tribunadan qovub və indiyə kimi geri dəvət etməyib. Ola bilsin, bu səbəbdən azarkeşlər arasında 90 dəqiqə ayaq üstə dayanmaq rahatlıqlarını pozmuşdu.
 
2-ci səbəb isə komandanın nəticəsiydi. Bəli, nəticəsi. Çünki onların sözünün qanun olduğu vaxt komanda 4 oyuna 1 xal toplamışdı. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Tərlan Əhmədovu "Neftçi"yə baş məşqçi göndərəndən sonra isə komanda qələbləri sıralayır. 5 oyuna 9 xal – artıq ciddi nəticədi.
 
Hüseynzadənin "Neftçi"si             4             0             1             0             1-5         1
Musayevin "Neftçi"si                    5             3             0             2             9-4         9
 
Fərq ortadadı. "Neftçi" xallarının 90 faizini Musayevin kluba müdaxiləsindən sonra qazanıb. İndi işi bilmədiyi, bacarıqsızlığı üzə çıxan "Neftçi" rəhbərliyi əsəbləşməyib neyləsin?
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp