Bu gün Topaz Premyer Liqasında 9-cu tura yekun vurulub. 

Futbolinfo.az xəbər verir ki, turun son oyununda çempionluğa iddialı iki komanda – “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib.

Turun mərkəzi görüşü böyük əhəmiyyət daşıyırdı. Liderlər "üçlüy"ündəki "Zirə"nin dünən mövsümdə ilk məğlubiyyətini almasından sonra ağdamlılar fərqi artırmaq, "Qəbələ" isə mübarizədən qopmamaq üçün döyüşəcəkdi. 

Meydan sahibləri "Qarabağ"ın Çempionlar Liqası matçındakı yorğunluğundan da faydalanmaq istəyirdilər. Üstəlik, "Atletiko" ilə oyunda zədələnən Bədavi Hüseynov və daha bir neçə aparıcı futbolçusunun yoxluğu da qonaqlara çətinik törədirdi. 

Elə qarşılaşma da qonaq komandanın məğlubiyyəti ilə başa çatıb. Meydan sahiblərinin erkən qolundan sonra, xüsusilə də ikinci hissədə meydanda daha üstün oyun sərgiləyən tərəf Ağdam klubu olsa da, sonda qələbəni "Qəbələ" bayram edib.
 
Topaz Premyer Liqası
9-cu tur

22 oktyabr

“Qəbələ” – “Qarabağ” 1:0
Qol: A.Məmmədov, 8.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 28. Stiven Monroz, 34. Ürfan Abbasov. 
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 7. Alen Akserov, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 29. Hacıağa Hacıyev, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 70. Nicat Süleymanov, 88. Elşən Abdullayev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Səbail” – “İnter” 1:0, “Kəpəz” – “Neftçi” 0:1, “Sumqayıt” – “Zirə” 2:1.  

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp