Abdulla Abasiyev. 2009/10-da U-17-də, 2010/2011 U-19-da, AVRO-2015-də U-21-də oynayıb. Klublarda ehtiyatda oturmaqla yanaşı, 1 dəfə əsas milliyə çağırılıb. Dəvət edənlərin “yüksək seleksiya qabiliyyəti” nəticəsində 22 yaşında Azərbaycandan qaçıb, vətənində baş girləməklə məşğuldu.
 
Mertjan Akar, Qazıməhəmməd Qurbanov, Müslüm Zararsız, Serjan Dəmir, Cem Fələk, Abdussamed Gürsoy. Bu 6 oyunçu Təbriz Həsənovun futbolumuza vurduğu yamaqlardı. Onları 2012/13 mövsümündə U-17-yə gətirən məşqçi daha sonra onlara diqqət yetirməyib. Təbii ki, səviyyəsiz olduqları üçün daha sonra U-19-a və s. dəvət almayıblar. Həsənov isə hələ də yiğmaları əlcək kimi dəyişə-dəyişə işləyir, kimsə də ondan hesabat istəmir.
 
Yusup Xakimov. 2012/13-də U-17-də, 2014/2015-də U-19-un həm seçmə, həm elit-mərhələ oyunlarında iştirak edib. Hecə “möhtəşəm” oyunçu olubsa, əsas millimizi ona layiq bilməyiblər.
 
Tolqa Şahin. 2013/14 mövsümündə U-17-də oynadıqdan sonra 2014/15-də U-19-la seçmə və elit mərhələdə çıxış edib. Növbəti mövsümdə də bu komandada çıxış edib və “futbolçu qəbirstanlığı”na yola salınıb.
 
Sinan Avan, Berdan Yılmaz, Ozan Altın, Umar Akmurzayev. Hamısı Nikolay Adamın kəşfləridi. Alman onlara 2013/14 mövsümündə U-17-də güvənib. Həmi gündən “axtarışdadılar”.
 
Benhur Kama. U-17 (2013/14) və U-19 (2014/15) komandalarımızda çıxış etdikdən sonra sönüb. Onu seçən məşqçilərə afərin düşür. Çünki daha sonra Azərbaycan pasportunu seyfdə saxlamaq üçün AFFA-ya təhvil verib.
 
Kazim Birkan, Murtuzali Abakarov. Bu cütlük də 2014/15 mövsümündə U-17-də azərbaycanlı balalarının yerini tutub, sonradan itkin düşənlərdəndi.
 
Hüseyn Seyligli, Mətin Gülər, Barış Ekincier, Doquhan Öksüz, İsmayıl Karakaş, Ege Atlam. Təbriz Həsənovun futbolumuza caladığı daha bir xeyirsizlər dəstəsi. 2015/16 mövsümündə final mərhələsi Bakıda keçirilən 17 yaşlıların Avropa çempionatı üçün gətirilmişdilər. Sonuncu ikisi yarış bitən kimi yolaa salındılar. Digər 4 nəfər hələ U-19 millimizlə məğlubiyyətləri sıralayır.
 
Muhammet Can Tuncer, Onur Taha Takır, Şahan Akyüz, Mutlu Aksu Doğan. Vüqar Məmmədin U-17 üçün seçdiyi əcnəbi dəstəsidi. Hələ təzə gəliblər, lakin tarix göstərir ki, onlar da digərlərinin tayı olacaq.
 
Mixail Zaytsev. 9 il öncə U-19 millimizdə debüt edib. Elə 9 ildi də “axtarışdadı”. Yığmalarımızı karvansara qapısına döndərən AFFA rəhbərliyinin günahlarından növbətisidi.
 
Osman Umarov. 2008/09 mövsümündə U-19 yığmamıza dəvət olunan qapıçı 2 tsikldə U-21-in də formasını geyib. Bir sıra klublarımızda kimlərinsə xahişi ilə ehtiyatda oturan dağıstanlı özü də havayı pul qazanmaqdan bezərək vətəninə yollanıb.
 
Rizvan Umarov. Qardaşı Osman kimi bir menecerin xətti ilə ölkəmizə ayaq açan bu oyunçu 2011/12 mövsümündə U-19-da, AVRO-2013-də U-21-in formasını geyib. Daha 3 dəfə də tapşırıqla əsas yığmaya çağırıldıqdan sonra onu görən olmayıb.
 
Cihan Özkara. AVRO-2013-də U-21 yığmamızda, 18 oyun əsas millidə çıxış edib. 1 qol müəllifi olan Almaniya türkü müxtəlif klublarımıza sırınsa da, hətta Türkiyənin ikinci divizionunda möhkəmlənə bilməməklə səviyyəsini göstərdi.
 
Dəmir Hasan. 2012/13 mövsümündə U-19-da oynadıqdan sonra “arxivə atılıb”.
 
İlter Taşkın. 2012/13 mövsümündə U-19-da, daha sonra 2 mövsüm U-21 çıxış edib. Amma əsas milli səviyyəsində oyunçu olmadığı çoxdan bəlli olduğundan dəvət almır.
 
Mustafa Yaman. 2013/14 mövsümündə U-19-da çıxış edib. Elə o vaxt milli pasportunu təhvil verib gedənlərdəndi.
 
Tuğrul Erat, Fatih Şanlı, Timur Təməltaş. Bu “üçlük” AVRO-2015 üçün U-21-ə dəvət alanlardı. Ardı gəlməyib.
 
Kərəm Benke, Bilal Sezer. Bu “cütlük” də AVRO-2017-də U-21-in heyətində olub. Əsas millinin qapısını döyəcək qədər səviyyəli deyillər.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp