Topaz Premyer Liqasının 9-cu turunda “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu turun mərkəzi matçına itkilərlə yollanıb. Belə ki, komandanın aparıcı futbolçularından Tarik Elyunussi, Bədavi Hüseynov, Maksim Medvedev Qəbələyə gətirilməyib. Onların hər biri zədəli olduğu üçün komandasına kömək edə bilmir.

Coşqun Diniyevlə Ağabala Ramazanov da Ağdam klubunun səfərə apardığı heyətində yer almayıb. Onların da sağlamlığında problem var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp