Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 9-cu turun növbəti görüşləri keçirilib.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.

Günün ilk matçında “Sumqayıt” doğma meydanda “Zirə”yə minimal hesabla məğlub olub.

“Kəpəz” də Yevlax şəhər stadionunda “Neftçi”yə oxşar hesabla uduzub.

İlk oyun günündə də “Səbail” “İnter”ə 2:1 hesabıyla qalib gəlmişdi. Tura sabah “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Əvəzedicilərin çempionatı
9-cu tur

22 oktyabr

“Sumqayıt” – “Zirə” 0:1
Qol: Əmrah Bayramov, 52.

“Kəpəz” – “Neftçi” 0:1
Qol: Fərid Mahmudov, 30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp